Pikap sürücüsü qayda pozub polisə balta ilə hücum etdi; 3 nəfər... - VİDEO

ABŞ-da polisin “Saxla” əmrinə tabe olmayan, yol hərəkəti qaydalarını pozaraq qəzaya səbəb olan və polisə balta ilə hücum edən sürücü həbs edilib.
Avtosfer.az “CTVNews” portalına istinadən xəbər verir ki, hadisə fevralın 5-də Ontario ştatının Kitçener şəhərində baş verib.
Məlumata görə, 27 yaşlı pikap sürücüsü polisin “Saxla” əmrinə tabe olmayaraq yayınmağa çalışıb və işıqforun qırmızı işığında keçərək yol kəsişməsində qəzaya səbəb olub.
Özünü hadisə yerinə çatdıran asayiş keşikçisi qayda pozan sürücünü elektroşok tapançası ilə neytrallaşdırmaq istəsə də bu o qədər də uğurlu olmayıb.
Bundan sonra maşına doğru hərəkət edən şübhəli oradan baltanı götürərək polisə hücum edib. Bu dəfə isə polis onu elektroşok tapançası ilə vurub. Yerə yıxılan şübhəli hadisə yerinə gələn digər polis əməkdaşlarının köməkliyi ilə təhlükəsiz vəziyyətə gətirilib və qandallanaraq polis bölməsinə aparılıb.
Polisin məlumatına görə, 27 yaşlı pikap sürücüsü təhlükəli məqsədlə silah saxlamaq, polis əməkdaşına silahla hücum, onun həyatına qəsdə cəhd etmək və nəqliyyat vasitəsini təhlükəli istismar etməkdə ittiham olunub.
Qeyd olunur ki, sürücünün törətdiyi qəza nəticəsində 3 nəfər xəsarət alıb və onlar xəstəxanaya aparılıblar.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












