Polis Bakıda parkovşiklərə qarşı tədbirlərə başladı - 159 nəfər saxlanıldı - VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Bakı şəhərində qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.
Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.
İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunması da nəzərdə tutulub.
Göstərilən qanun pozuntusuna yol verən hüquqi şəxslər isə min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunurlar.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












