Prospektdə partlayan “Khazar” tıxaca səbəb oldu - VİDEO

Bakının Xətai rayonunda yol kənarında dayanan avtomobil yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Yusif Səfərov və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. 99-PS-156 dövlət nişanlı “Khazar” markalı maşın yol kənarında hərəkətsiz vəziyyətdə olarkən yanmağa başlayıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Alov avtomobilin mühərrik hissəsindən başladığından qısa müddətdə salona keçib. Yanğın söndürülüb. Avtomobilin sahibi isə axtarılır.
Baş vermiş hadisəyə görə Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində tıxac yaranıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yolda nəqliyyatın normal hərəkətinin bərpası istiqamətində işlər aparılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












