Qəza törədən taksi sürücüsü ilə bağlı yeni xəbərlər - Sistemdə yoxdur, qanunsuz işləyirmiş - VİDEO

Ötən gün paytaxtın Heydər Əliyev prospektinin Nizami rayonundan keçən hissəsində taksi sürücüsünün törətdiyi dəhşətli qəza ilə bağlı müxtəlif fikirlər yayılıb. Sürücünün narkotik aludəçiliyi və məhkumluğunun olması da bu fikirlər arasındadır.
Avtosfer.az xəbər verir ki, “BYD” markalı taksi avtomobilin sürücüsünün Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində törətdiyi qəza ətrafında bir sıra informasiyalar yayılıb. Mövzu ilə bağlı “BYD”nin sürücüsü Anar Nəcəfovun oğlu da mediaya açıqlamalar verib və “Bolt” şirkətini məhkəməyə verəcəklərini bildirib.
Məsələni saytımızın sosial şəbəkə hesablarında şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, baş verən hadisəni bütünlükdə qəza törədən sürücü ətrafında qurmaq doğru deyil:

“Sürücünün oğlu deyir ki, atasının ayağına banka borcunu ödəmədiyinə görə electron qolbaq taxılıb. Eyni zamanda, o bildirib ki, atasının sudurğası var və qəza zamanı da sudurğası tutduğu üçün hadisə baş verib. Onu qeyd etmək istəyirəm ki, ayağına electron qolbaq taxılan şəxs taksi sürücüsü ola bilməz. Həmçinin, sudurğası olan şəxslərin də taksi fəaliyyətinə icazə verilməməlidir. Sürücünün oğlunun açıqlamaları əsasında bir məsələyə diqqət çəkmək lazımdır: Sudurğası olan şəxs necə sağlamlıq arayışı alıb? O zaman prokurorluq orqanları sürücünün sağlamlıq arayışı aldığı poliklinikanın üzərinə düşməli, araşdırma aparmalıdır ki, bu arayış hansı yolla alınıb?”
Elməddin Muradlının şərh verdiyi həmin canlı yayımı sizə təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












