Qəzalarda ölənlərin sayı artır: Qaydaları pozan piyadalar cərimələnməlidir - VİDEO

Ölkədə 2024-cü ildə qəzaların sayı ötən illə nisbətdə 14,4% azalıb. Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayına təqdim etdiyi statistikada göstərilir ki, bu ilin 9 ayı ərzində baş verən 1031 yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən şəxslərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq 1434 nəfər olub. Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41,0 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisələrinin sayı azalsa da, qəzalarda həlak olanların sayında ötən illə nisbətdə artıb davam edir. İl ərzində baş verən qəzaların yarıdan çoxu piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələridir.
Mövzu ilə əlaqədar şərh verən nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, artan piyadavurma faktlanın qarşısının alınması nəzarət mexanizmlərinin gücləndirilməsi ilə mümkün ola bilər:

“Yollarda piyadaların hərəkətinə, qaydalara riayət etmələrinə nəzarət edilməlidir. Necə ki, sürücülərlə bağlı bu nəzarət tətbiq edilir. Sürücülər qaydaları pozarkən cərimələnirlər, inzibati məsuliyyətə cəlb edilir. Eynilə də piyadalar qaydaları pozduqları zaman cəzalandırılsalar, o zaman yol-hərəkəti qaydalarına riayət edəcəklər. Müşahidələr göstərir ki, əksər qəzalar piyada keçidlərinin yaxınlığında baş verir. Səbəb isə odur ki, vətəndaşlar piyada keçidlərindən istifadə etmək istəmirlər."
Ekspert bildirib ki, piyadalar üçün cərimələr nəzərdə tutulub. "Əvvəllər piyada keçidindən keçmədikləri halda piyadalar cərimələnirdi. Sonradan bu tətbiq edilmədi və vətəndaşlar da yolu təyin olunmamış yerdən keçməyə başladılar. İnzibati Xətalar Məcəlləsində piyadalarla bağlı cərimələr nəzərdə tutulub. Belə ki, piyada keçidindən yaşayış məntəqəsi ərazisində keçməməyə, piyadalar üçün nəzərdə tutulan qırmızı işıqda yolu keçməyə, operativ nəqliyyat vasitələrinə, polis, yanğınsöndürən və təcilli tibbi ayrdım avtomobilinə yol verməməyə və hərəkət edən avtomobilin qarşısına qəflətən çıxmağa görə 20 manat cərimə nəzərdə tutulur".
Videonu təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












