Qırmızı işıqda keçən moped qəzaya düşdü: Sərnişin və sürücü yerə sərildi - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) moped və motosiklet sürücülərinə müraciət edib.
NİİM-dən Avtosfer.az-a verilən məlumata görə, işıqforun qırmızı işığından keçən moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Hadisə bu gün günorta saatlarında Nərimanov rayonu, Təbriz və İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində baş verib.
"Məsələ burasındadır ki, paytaxtın müxtəlif küçə və prospektlərində moped və motosiklet sürücülərinin bir çoxu svetoforun qırmızı işığından keçir, əks istiqamətdə getməklə və piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayırlar. “Yol Hərəkəti Haqqında” qanunun tələblərini kobud şəkildə pozan belə sürücülər səbəb olduqları yol-nəqliyyat hadisəsinin qurbanı olmaqla yanaşı, digər yol hərəkəti iştirakçılarının həyatı üçün də təhlükəli vəziyyət yaradırlar. Təhlillər göstərir ki, bu sürücülərin bəziləri motodəbilqədən istifadə etsə də, müəyyən hissəsi qoruyucu dəbilqələrdən istifadə etmir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bir daha moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol hərəkəti qaydalarına düzgün riayət etsinlər, özlərinin və digərlərinin həyatı üçün təhlükə yaratmasınlar", - müraciətdə vurğulanıb.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












