Qırmızıda keçən "Nissan" yolayrıcına tələsən "Mercedes"lə belə toqquşdu - ANBAAN VİDEO

Sürücünün yolda olan zaman diqqət etməli olduğu iki mühüm məqam var. Bunun birincisi svetofor, digəri isə yol nişanlarıdır. Xüsusilə yolayrıcına daxil olan zaman buna ikiqat diqqət etmək lazımdır. Təəssüf ki, sürücülərin əksəriyyəti yaşıl işıq qırımızıya və ya əksinə keçən anda yolayrıcına daxil olmağa tələsir. Təsəvvür edin ki, sağdan gələn maşın yaşıl işıq yanan kimi, digəri isə qırımızı sönən anda yolayrıcına çıxır. Məhz bu tələsməyin nəticəsində də qəzalar baş verir.
Avtosfer.az-ın sizə təqdim etdiyi görüntülər bir müddət əvvəl Babak prospektində qeydə alınıb. Belə ki, prospektin şəhər istiqamətində hərəkətdə olan “Nissan Note” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olur. Bu zaman Keşlə qəsəbəsi istiqamətində yolayrıcına daxil olmaq üçün növbəsini gözləyən “Mercedes” markalı avtomobilin sürücüsü yaşıl yanan kimi hərəkətə başlayır. Nəticədə qəza baş verir. Sürücülər ciddi xəsarət almasa da hər iki avtomobilə ciddi ziyan dəyir.
Sözügedən qəzada təbii ki, günah “Nissan” markalı avtomobilin sürücüsünündür. Lakin “Mercedes” markalı avtomobilin sürücü ehtiyatlı davranmaqla qəzanın qarşısını ala bilərdi.
Odur ki, əziz sürücülər təqdim etdiyimiz görüntülər sizin üçün bir nümunə olsun. Yol nişanlarına və svetoforun işıqlarına diqqət edin. Yolayrıcına çıxmağa tələsməyin. Unutmayın ki, qarşı tərəfdən də sizin kimi tələsən sürücü gələ bilər.
Orxan Əli
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












