Qobuda təhlükəli yol: uşaqları hər an maşın vura bilər - FOTO - VİDEO

"Abşeron rayonunun Qobu qəsəbəsində 3 nömrəli məktəbə gedən yolda ("Al market"in yaxınlığında) minik avtomobilləri və yük maşınlatı yüksək sürətlə hərəkət edirlər. Yolda piyada keçidi və işıqfor yoxdur. Bu vəziyyət insanların, xüsusilə də məktəbə gedən uşaqların həyatı üçün ciddi təhlükə yaradır".
Bu barədə Bakupost.az -a qəsəbə sakinləri bildirib.
Onların dediyinə görə, uşaqlar hər gün məktəbə gedərkən bu yolu keçməli olurlar:
"Avtomobillərin sürətli hərəkəti onların həyatını təhlükəyə atır. Artıq bir neçə dəfə qəza baş verib. Bu, ciddi narahatlıq doğurur. Yaxşı olardı ki, həmin yolda tramplin, işıqfor və radar kameraları quraşdırılsın".
Sakinlər qeyd ediblər ki, iyun ayında məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilsə də, hələ də heç bir tədbir görülməyib:
“Abşeron polisi bildirdi ki, məsələ görüləcək işlər planındadır, həmin yolda radar və işıqfor qurulacaq. Lakin 6 ay keçməsinə baxmayaraq, heç nə edilməyib. Yolun sağında piyada keçidi işarəsi qoyulsa da, yerdə keçidin işarəsi yoxdur. Sürücülər isə həmin lövhəyə məhəl qoymurlar. Avtomobillər 80-100 km/saat sürətlə hərəkət edirlər".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Elvin Hacıyev açıqlamasında bildirdi ki, sözügedən ərazidə vəziyyət araşdırılacaq və məlumat veriləcək .


Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












