Quba trasında yolun ortasında yatıb qalan gənci ölümdən qurtardılar - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təhlükə yaradan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl gecə saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, gənc oğlan idarə etdiyi velosipedi ayrıcı betona söykərək yolun ortasında yatıb. Bu zaman o, həm öz həyatına, həm də hərəkətdə olan avtomobillərə qəza riski yaradıb. Xüsusilə günün qaranlıq saatlarında velosipedçinin bu əməli törətməsi ikiqat təhlükəyə səbəb olub. Xoşbəxtlikdən yoldan keçən sürücülərdən biri onu oyadıb və ehtiyatlı olmasını bildirib. Gənc isə cavabında yorğun olduğunu deyib.
Qeyd edək ki, görüntü sosial şəbəkədə qınaq obyektinə çevrilib. İstifadəçilərin bir qismi gəncin narkotik vasitənin təsiri altında olduğunu iddia ediblər.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












