Qubada "Hyundai Santafe" kanala düşdü: Sürücü və sərnişinin xilas edilmə anı - VİDEO

Qubada avtomobil idarəetməni itirərək kanala düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, rayonun Mirzəməmməd kəndində baş verən qəzaya FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1948-ci il təvəllüdlü Mavik Ağakərimova məxsus “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi təxminən 6 metr olan suvarma kanalına düşüb və avtomobilin içərisində köməksiz vəziyyətdə qalmış iki nəfərin həyatı təhlükə altındadır.
Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü Mavik Ağakərimov və sərnişini 1953-cü il təvəllüdlü Leyla Ağakərimovanı avtomobildən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Əməliyyat görüntülərini təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












