Rusiyadan Bakıya yük gətirən maşınların ehtiyat hissələrini kim oğurlayıb? - RƏSMİ - VİDEO

Paytaxtın Məhəmmədli qəsəbəsində park edilmiş yük maşınlarının ehtiyat hissələri oğurlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə izləyici redaksiyamızın qaynar xəttinə müraciət edərək videomaterial göndərib. Zərərçəkmişin sözlərinə görə, oktyabrın 4-də Rusiyanın Tambov şəhərindən sözügedən ərazidə fəaliyyət göstərən “Dashyunu” MMC-yə yük gətiriblər. Lakin yükü daşıdıqları 44-BV-565 dövlət nömrə nişanlı və 44-CX-794 dövlət nömrə nişanlı “DAF 105” markalı avtomobillərin sürətlər qutusunun beyni MMC-yə məxsus ərazidə oğurlanıb.
Sürücü, sözügedən şirkətin maşınların açar və sənədlərini təhvil alaraq onları arxayın salsa da, iki gün sonra xoşagəlməz mənzərəylə qarşılaşdıqlarını qeyd edib: “Şirkət həm içəridə, həm də çöldə təhlükəsizlik kameralarının olduğunu bizə bildirdiyi üçün maşınların açar və sənədlərini onlara əminliklə təqdim etdik. İki gün sonra MMC-nin əməkdaşları bizimlə əlaqə saxlayaraq yükü boşaltmaq üçün əraziyə çağırdı. Lakin prosesi icra edən zaman avtomobillərdə nasazlığın olduğunu aşkar etdik. Daha sonra hər iki maşının detalının - sürətlər qutusunun beyninin oğurlandığı bəlli oldu”.
Zərərçəkmiş hadisədən sonra aidiyyəti orqanlara müraciət etdiklərini, lakin hələ də cavabsız qaldığını əlavə edib.
Oktyabrın 8-də vətəndaş Ramin İsgəndərov DİN-in “102” Xidməti-Zəng mərkəzinə müraciət edərək idarə etdiyi “Daf 105” markalı avtomobillərə məxsus 2 ədəd avtomatik idarə etmə qurğusunun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Avtosfer.az-ın soruğusuna cavab olaraq bildirib ki, daxil olan müraciətlə əlaqədar hazırda Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












