Sərt karantin zamanı taksilər necə işləyəcək? - VİDEO
Avtosfer TV
12 Dekabr 2020 00:13

Dekabrın 14-dən yanvarın 18-nə kimi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İmişli rayonlarının mərkəzlərinə giriş çıxış dayandırılsa da, taksilərin fəaliyyətinə icazə veriləcək.
Avtosfer.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Günay Əliyeva bildirib ki, yalnız fərqlənmə nişanı olan taksi sürücüləri rayonlardan Bakıya sərnişindaşıma ilə məşğul ola biləcəklər. Burada da müəyyən şərtlər var ki, onlara əməl olunması mütləqdir.Əks halda, həmin sürücülər xüsusi stasionar postlarda dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılacaq.
Paytaxtda sərt karantin dövründə taksi fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciətlərin sayı artıb. Agentliyin mətbuat katibi Mais Ağayev deyib ki, fərqlənmə nişanı almaq karantin vaxtı taksi fəaliyyəti göstərməyə əsas vermir.Bunun üçün sürücülər icaze.e-gov.az portalında da qeydiyyatdan keçməlidirlər.
Artıq sərt karantin rejiminə əvvəlcədən hazırlıq görənlər də var. Bəzi taksi sürücüləri indidən sənədlərini qaydasına salıb.
Qeyd edək ki, taksi şirkətləri ilə işləyən sürcülərə gəlincə, onların icazəsi həmin şirkətlər tərəfindən alınacaq.
Oxunub : 3714
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 14:00
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
12 Noyabr 2026 13:30
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
11 Noyabr 2026 17:41
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
9 Noyabr 2026 19:00
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
6 Noyabr 2026 11:00
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
5 Noyabr 2026 10:30
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
4 Noyabr 2026 16:06
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
4 Noyabr 2026 14:53
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
4 Noyabr 2026 09:36
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
3 Noyabr 2026 11:30
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
3 Noyabr 2026 10:30
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
2 Noyabr 2026 13:30
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
ŞƏRH YAZ












