Suraxanıda yarışan maşınlar sürücü və azyaşlılara qorxulu anlar yaşatdı - REAL VİDEO

Paytaxtın Suraxanı rayonu, İlqar Musayev küçəsində qayda pozan sürücülər təhlükəli vəziyyət yaradıblar.
Xoşagəlməz hadisəylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına vidomaterial göndərib. Hadisə aprelin 25-də saat 13:11 radələrində qeydə alınıb. Belə ki, 77-QH-798 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü qəfil sola - əks istiqamətli yola keçib və qarşı tərəfdən gələn maşına təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü vaxtında onu görərək sağa manevr edib və qəzadan möcüzəvi şəkildə xilas olub. Kadrda 77-GZ-037 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsünün “KIA”nı sıxışdırdığı aydın şəkildə əks olunub.
İzləyicinin sözlərinə görə, qeyd edilən avtomobillərin sürücüləri bir-biriylə yarışdıqları üçün o, qəza təhlükəsiylə üz-üzə qalıb: “”KIA” və “Mitsubishi”nin sürücüsü yüksək sürətlə hərəkətdə edirdilər və mənə elə gəlir ki, onlar bir-biriylə yarışırdılar. Hər iki sürücü anidən önümə çıxdı və güclə sağa manevr etdim. O anda sağ tərəfdə də maşınlar var idi və qəzadan saniyə ilə qurtuldum. Özümlə yanaşı avtomobildə iki azyaşlı da var idi və məndən çox onlar qorxu keçirdi”.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












