Sürücülər bu qaydanı bilərəkdən pozur? - Qanundan xəbərsiz olanlar və qəsdən edənlər var - VİDEO

Paytaxtın “8 Noyabr” prospektində (2 saylı “ASAN Xidmət”in qarşısı) elektriklə işləyən maşınlar üçün ayrılmış ərazi zəbt olunub.
Bu barədə izləyici Avtosfer.az-a videomaterial göndərib. Bildirib ki, sözügedən ərazidə maşınlar park edildiyi üçün avtomobilini şarj edə bilməyib. Görüntüdən aydın olduğu kimi, 10-SX-647 dövlət nömrə nişanlı “Hyundai”, 77-EZ-727 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” və 99-FV-460 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobillərin sürücüləri enerji təzchizatı üçün ayrılmış ərazinin qarşısını məşğul edib. Nəticədə elektrikli avtomobilin sürücüsü yer tapa bilmədiyi üçün ərazidən kənarlaşmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, xoşagəlməz mənzərəylə bağlı bir neçə gün öncə də saytımızda xəbər dərc olunub.
Xatırladaq ki, qanuna edilən dəyişikliyə əsasən, elektromobil avtomobillər üçün müəyyən edilmiş ərazidə maşın saxlayan sürücülərə 20 manat cərimə tətbiq edilir.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtomobillərini elektromobillər üçün ayrılmış ərazidə park edən sürücülərin əksəriyyəti törətdikləri əməlin qayda pozuntusu olduğunu bilmir: “Düşünürəm ki, bu qaydanı pozan əksər sürücülərin qadağadan məlumatı yoxdur. Təbii ki, bilsələr bu xətanı törətməzlər. Ona görə də aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə təbliğat işlərinin aparılmasına ehtiyac var. Bəzi hallarda sürücü şarj cihazını görmür, çünki qarşısında başqa bir maşın artıq park etmiş haldadır. O da park edilmiş maşının yanında saxlayır. Təbii ki, bu halda hər iki sürücü qayda pozmuş hesab olunur. Lakin cihazı görməyən sürücü bilmədən qayda pozmuş olur. Bu baxımdan həmin ərazilərdə aydın şəkildə görünən lövhələr, dayanmağın qadağan olunduğunu bildirən nişanlar quraşdırıla bilər. Amma əminəm ki, sözügedən qayda pozuntusunu qəsdən, məqsədli şəkildə edən sürücülər də var. Bu halda aidiyyəti qurumlar onlara qarşı tədbir görməlidir. Fikrimcə, mövcud problem davam etsə həmin zonalara kamera quraşdırılacaq”.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












