Sürücülərin hər gün əziyyət çəkdiyi bu konflikt nöqtəsi necə aradan qaldırılacaq? – EKSPERT AÇIQLADI - VİDEO

Ötən həftə, yanvarın 30-u Prezidetn İlham Əliyev tərəfindən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam verildi.
Avtosfer.az xəbər verir ki, sərəncam çərçivəsində 2030-cu ilə qədər paytaxtın bir sıra ərazilərində nəqliyyat infrastrukturunda dəyişikliklər nəzərdə tutulub.
Belə ki, nəqliyyatın daha dayanıqlı, təhlükəsiz və səmərəli olmasına xidmət edən infrastrukturun yaradılması sərəncamın əsas məqsədlərindən biridir. Bu çərçivədə Bilgəh−Novxanı−Xırdalan(M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km), Binəqədi−Novxanı avtomobil yolu, Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu, Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolu, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin, Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən və sairə avtomobil yollarının tikinti və istismara verilməsi nəzərdə tutulub.

Şəhərin uzun müddətdir vətəndaşlar üçün çətinlik yaranan ərazilərindən biri də Xətai və Nərimanov rayonlarını birləşdiyi hissədədir. “Excelsior” hotelin qarşısındakı körpü və tuneldəki sıxlıq hər gün saatlarla davam edir. Bu istiqamətdə yaranan konflikt nöqtəsinin aradan qaldırması üçün sərəncam çərçivəsində Yusif Səfərov küçəsi və Babək prospekti ilə Əhmədbəy Ağaoğlu küçəsi və Xətai prospektini birləşdirəcək yol ötürücülərinin tikintisi, “Excelsior” mehmanxanasının qarşısındakı yol qovşağının təkmilləşdirilməsi və istismara verilməsi nəzərdə tutulub:
Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, vətəndaşlar Babək prospektindən Xətai prospektinə və Əhməd bəy Ağaoğlu küçəsinə çıxmaq üçün əziyyət çəkir:

“Yusif Səfərov küçəsi 5 zolaqdan ibarətdir, lakin Heydər Əliyev prospektinə çıxmaq üçün vətəndaşlar cəmi 1 zolağın ümidinə qalır, tunelin qarşısına çatanda zolaq sayı 2 olur. Babək prospektində də eyni vəziyyətdir. 4-5 zolaq sonda Heydər Əliyev prospektinə birləşən hissədə 1 zolaqda birləşir. Üstəlik, bu zolaqla hərəkət edən sürücülər, məsələn Əhməd bəy Ağaoğlu küçəsinə geriyə manevr etmək istəyəndə “Excelsior” mehmanxanasına tərəf qalxmağa məcbur qalırlar. Daha sonra geriyə manevr edərək Yusif Səfərov küçəsində Bakı Şəhər Baş Polis İdarəsinin qarşısındakı “Forumla-1” bolidinin maketinin qarşısından qayıdaraq sol zolağı tutmalı, 2 zolaqla birlikdə tunelə daxil olmalısınız ki, sonradan sol zolaqda davam edərək Xətai prospektinə və Əhməd bəy Ağaoğlu küçəsinə çıxa biləsiz. Dəyişiklik necə olacaq? Çox güman ki, burada ya tunel olacaq, ya da körpü olacaq. Bu indiki “The Ritz-Carlton” hotelin arxasından keçəcək marşrut da ola bilər, ya da “Koroğlu” metro stansiyası tərəfdəki nəhəng asma körpünün kiçik variantı ola bilər. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi dövründə bu cür strateji ərazidə belə ilanvari yol tikilişi həyata keçirdilər və uzun müddətdir sürücülər bunun əziyyətini çəkir”.
Elməddin Muradlının şərh verdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı – Beşinci dəfə içkili tutulan ... - VİDEO
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO










