Sürücülərin qaydalara məhəl qoymadığı "Qobu Park-3" dairəsi: Kimdir günahkar? - VİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış kompleksinin girişində olan dairəvi yolda qəza hallarının çox olması ilə bağlı redaksiyamıza müraciət daxil olub.
Avtosfer.az-ın məlumatına görə, oxu.az-a danışan sakin qeyd edib ki, "Qobu Park-3"ə gələn avtomobillər əvvəlcə dairəyə girməli, daha sonra əsas yola qayıtmalıdırlar:
"Avtomobillərin dairəyə girməsi ilə bağlı yol nişanı da var. Lakin sürücülərin çoxu yol nişanına məhəl qoymur, dairəyə girmədən düz hərəkət edir. Bu da dairədən çıxan avtomobillər üçün qəza şəraiti yaradır".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli məsələ ilə bağlı bildirib ki, qeyd edilən ərazidə bəzi sürücülər yol nişanının tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradırlar: "Təbii ki, ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən belə hal aşkar edildiyi təqdirdə sürücü barəsində qanunamüvafiq tədbir görülür. Məlumat üçün bildirim ki, sözügedən yerdə yol hərəkəti qaydasının pozulması nəticəsində bir neçə dəfə qəza baş verib. Xoşagəlməz halların yaşanmaması üçün sürücülər diqqətli olmalı və qaydalara da ciddi şəkildə riayət etməlidirlər".
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












