Svetoforun yaşıl işığı yanıb-sönəndə keçmək olarmı? - DYP sürücünü niyə cərimələyib? - VİDEO

Oxuculardan biri Avtosfer.az-a video göndərərək yol polisinin onu haqsız yerə cərimələdiyini idda edib. Sürücü deyir ki, svetoforun yaşıl işığı yanıb-sönəndə yolayrıcına daxil olub.
Bu zaman 99-YP-316 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan DYP əməkdaşı onu saxlayaraq qayda pozduğunu bildirib. Eyni zamanda 60 manat, 3 bal cərimə yazıb. Avtomobildə videoqeydiyyatçı olduğundan sürücünün hansı anda yolayrıcına daxil olduğu aydın görünür. Yəni, qadağanedici işıqda keçmir. Diqqət etsək görürük ki, sürücü svetoforun yaşıl işığının sonuncu siqnalında keçib. Belə olduğu halda qayda pozuntusundan danışmaq düzgün deyil. Çünki bunun ardınca sarı işıq yanır. Sarı işıqda hərəkət qadağan edilsə də sürət həddi və arxadan gələn maşınla toqquşma riski nəzərə alınaraq hərəkəti davam etdirmək mümkündür.
Bu videoda yaşıl işıq hətta yanıb-sönürsə, deməli, azı 3 saniyə vaxt var. Bu da yolu keçmək üçün çox zaman kifayət edir.
Videonu təqdim edirik:
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












