Taksi faəliyyətində biabırçılıq; dövlət qurumları nə zaman hərəkətə keçəcək? - VİDEO

Taksi sürücülərinin şikayətini və bu sahədə mövcud problemləri araşdıran “Real TV” mövzu haqqında reportaj hazırlayıb. Avtosfer.az-ın məlumatına görə, reportajda qeyd olunur ki, gün ərzində paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 10-dan 6-sı taksi fəaliyyəti göstərən avtomobillərin payına düşür. Qeyd edək ki, hazırda Bakı şəhərində 50-dən çox taksi şirkəti fəaliyyət göstərir. Bu da təqribən 40 min sürücü deməkdir.
Aparılan sorğu nəticəsində sakinlər arasında mütəmadi istifadə olunan şirkətlər isə “Bolt” və “Uber”in payına düşür. Səbəb daha ucuz qiymətlərin olmasıdır. Bu iki şirkətin fəaliyyətdə olan digər şirkətlərdən daha ucuz olması sürücülər arasında narazılıq yaradır.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı yaranmış problem barəsində verdiyi müsahibədə bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri arasındakı rəqabət sıfıra bərabərdir. Rəqabətin olmaması daha ucuz qiymətlər təklif edən şirkətləri qazandırır.
Ümumiyyətlə, taksi şirkətlərinin fəaliyyəti qanunla tənzimlənməlidir. Bununla bağlı Prezident İlham Əliyev bu ilin əvvəlində fərman da imzalayıb. Hətta Baş nazir tərəfindən də bu məsələ ilə bağlı sərəncam da imzalanıb. “Xarici ölkələrin Azərbaycan bazarında at oynadan şirkətlərinin sürücü istismarını dayandırmaq üçün aidiyyatı qurumlar – BNA, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Yol Polisi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi Bakı şəhərində taksi fəaliyyətinin təkmillədirilməsi üçün hüquqi bazanı hazırlamalıdır”.
Bakı şəhər İcra Hakimiyyətindən bildirdilər ki, paytaxtda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarının qəbul edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq təkliflər hazırlanır. Bu təkliflər aidiyyatı dövlət qurumları ilə razılaşdırıldıqdan sonra hökumətə təqdim ediləcək.
Daha ətraflı videosujetdə:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












