Tıxacı yaradan bəzi sürücülərdir - Bu da fakt - BELƏ ETMƏYİN! - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində sürücülərin ləng hərəkət etməsi yolda uzun tıxaca səbəb olub. Avtosfer.az xəbər verir ki, sıxlıq "saatlı bina" kimi tanınan ərazidən, yəni Ağa Nemətulla küçəsi ilə kəsişmədən başlayaraq "Koroğlu" metrostansiyasına qədər uzanıb.
Tıxacın səbəbləri araşdırılarkən maraqlı bir məqam ortaya çıxıb. Sürücülər qarşı istiqamətdə aparılan təmir işlərini izləmək üçün sürəti azaldıblar. Bu hal isə onların hərəkətini ləngidərək, ardınca gələn avtomobillərin axınının pozulmasına gətirib çıxarıb. Nəticədə, əsas prospektdə uzun tıxac yaranıb.
Bu cür hallar Bakı yollarında tez-tez təkrarlanan bir problemə çevrilib. Kiçik qəzalar, yol kənarında dayanmış avtomobillər və ya hətta hansısa qeyri-adi hadisə sürücülərin marağına səbəb olur. Onlar həmin hadisəyə baxmağa çalışaraq sürəti azaldır. Nəticədə kiçik bir problem saatlarla davam edən tıxaclara səbəb olur.
Bu cür halların yalnız vaxt itkisinə deyil, həm də təhlükəsizliyə ciddi təsiri var. Yolda baş vermiş qəzaya tamaşa edən və eyni anda diqqətini yoldan yayındıran sürücülər, bəzən özləri də qəza törədirlər. Statistikaya əsasən, belə diqqətsizlikdən qaynaqlanan ikinci dərəcəli qəzalar heç də nadir hadisə deyil.
Yollarda tıxacların yaranmaması və qəzaların baş verməməsi üçün, sürücülərə lüzumsuz yerə sürəti azaltmamasını və diqqətlərinin yalnız yolda olmasını tövsiyə edirik. Bir daha vurğulayırıq ki, hər bir sürücünün müəyyən qədər sürəti azaltması və ləngiməsi yolda tıxaca, hətta qəzaların baş verməsinə gətirib çıxarır.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












