Tıxacı yaradanlar və tıxacda qalanlar: Binədə insan həyatı ilə oynayanlar kimlərdir? - VİDEO

Tıxac artıq gündəlik həyat tərzimizə çevrilib. Paytaxt Bakıda bir neçə nöqtə var ki, oranı günün istənilən saatında tıxacsız təsəvvür eləmək olmur. Bəzən gecə saatlarında belə həmin ərazidə yüngün də olsa sıxlıq müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, sentyabrın 16-dan etibarən Bakıda tıxacların kəmiyyəti 2-3 dəfə artıb. Səbəb bəllidir. Məktəblər, universitetelər açılıb, yay tətilindən gələnlər var.
Görüntüdəki ərazi Bakının Xəzər rayonunun Binə qəsəbəsidir. Avtomobillərin pərakəndə şəkildə hərəkət etdiyi bu yol isə qəsəbənin əsas prospekti olan Əli İsazadə küçəsidir. Küçə nəqliyyat vasitələrinin gəlişi və gedişi üçün nəzərdə tutulan iki istiqamətli yol kimi istifadəyə verilib.
Amma hər gün səhər saatlarında böyük nəqliyyat axınınına görə bəzi avtomobillər küçənin hər iki tərəfindən bir istiqamətli yol kimi istifadə edirlər. “Manatlıq” taksilər və yatıb qaldığı üçün işə gecikən sürücülər, eləcə də məktəbliləri daşıyan mikroavtobuslar isə 5-3 manat artıq qazanmaq üçün əks istiqamətli yolda hərəkət edərək insanların həyatını təhlükəyə atırlar.
Bu məsuliyyətsiz sürücülər “Sovxoz” deyilən ərazidən Binənin mərkəzinə doğru kilometrlərlə yolu əks istiqamətdə hərəkət edir, qarşıdan gələn avtomobillər üçün də təhlükəli vəziyyət yaratmış olurlar. Bəhanə isə bəllidir: işə gecikirik, məktəbə gecikirik.
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələni nəzarətə götürəcək və baş verə biləcək hər hansı böyük faciənin qarşısını almış olacaqlar.
Orxan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












