Toydan qayıdanlar ağır qəzaya düşüdülər: 4 nəfər ölüb, 3 nəfər ağır yaralanıb – QƏZA GÖRÜNTÜLƏRİ

Türkiyənin Manisa bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 11-də səhər saatlarında Uşak-İzmir avtomobil yolunun Gökkaya məhəlləsi istiqamətindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Mahmut Karataşın (35) 09-AAB-954 nömrə nişanlı minik avtomobili,
C.S. (46) tərəfindən təhlükəsizlik zolağında saxladığı 35-ASU-585 nömrə nişanlı yük maşınınına arxadan çırpılıb.
Qəza nəticəsində Mahmut Karataş, Babacan Karataş (4) və Murat Karataş (2) ağır bədən xəsarətləri ilə Turqutlu Dövlət Xəstəxanasına çatdırılıb.
Bildirilir ki, hadisə zamanı avtomobildə 7 nəfər olub. Qəza yerində ölənlərin şəxsiyyətləri açıqlanmayıb.
Ağır yol qəzasına düşən Karataş ailəsinin İzmirin Torbalı rayonunda yaşadıqları və Ankaradan toydan qayıtdıqları məlum olub.
Yük maşınının sürücüsü C.S., polis tərəfindən saxlanılıb.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












