“Ukrayna” dairəsində bu dəyişikliklər edilsə tıxac aradan qalxacaq – NƏQLİYYAT EKSPERTİ AÇIQLADI - VİDEO

"Ukrayna" dairəsində təmir işlərindən sonra ərazidəki hərəkət mexanizminə edilən təklif hələ də bəzi sürücülər tərəfindən narazılıqla qarşılanır.
Avtosfer.az xəbər verir ki, ötən günlərdə "Ukrayna" dairəsinin təmirdən sonra dairə ətrafında yolların kəsişmə yerlərində təhlükəsizlik adacıqlarının quraşdırılması və nəqliyyatın hərəkət mexanizmi üçün nəzərdə tutulan dəyişikliklərdən avtomobil idarəçilərinin şikayətləri artmaqdadır.
Belə ki, məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbərliyi nəqliyyat ekspertləri ilə görüş təşkil edib və təkliflərini dinləyib. Bununla yanaşı, ekspertlər qeyd olunan əraziyə gedib mövcud vəziyyəti dəyərləndirəcəklərini bildirib.

Avtosfer.az saytının rəhbəri nəqliyyat eksperti Elməddin Muradlı dünən “Ukrayna” dairəsində təmirdən sonrakı vəziyyəti məhz pik saatda izləyə bilmək üçün əraziyə gedib və burada AYNA-nın əməkdaşları ilə birgə sıxlığın qarşısının alınması istiqamətində fikir mübadiləsi edib.
Yaranan vəziyyətlə bağlı ekspert bildirib ki, əraziyə yaxınlaşarkən diqqəti çəkən əsas problemli məqam məhz “Nargilə” kafesi istiqamətindən, Aşıq Ələsgər küçəsindən dairəyə doğru hərəkət edən avtomobillər sıxlıqla qarşılaşmasıdır:

“Həmin istiqamətdə ən sağ zolaq “Həzi Aslanov” metrosu istiqamətində irəliləmək üçün ayrılıb. Lakin həmin zolaqdan hər 100 avtomobildən ikisi, yaxud üçü istifadə edir. Hesab edirəm ki, məhz həmin nöqtəni genişləndirmək olar. Hətta ləğv etmək, parklama ərazisinə çevirmək olar. Məhz “Nargilə” kafesi tərəfdən gələnlərlə “Həzi Aslanov” metrosu istiqamətindən dairəyə yaxınlaşan avtomobillər arasında konflikt nöqtəsi yaranır. Gəncə prospektindən dairəyə yaxınlaşan avtomobillərin hərəkət istiqamətində piyada keçidi var. məhz bu piyada keçidində də işıqforun quraşdırılması dairədəki sıxlığın qarşısını ala bilər. Əvvəl hesab edirdim ki, dairədəki asfalt boyunca üçbucaq formalı “Yol ver” nişanı çəkmək olar. Məlum oldu ki, dairəyə daxil olan sürücülərin qarşısında həmin yol nişanı təşkil edilsə də sürücülər buna məhəl qoymur”.
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












