Xüsusi təyinatlılar üçün xüsusi “Gelandewagen” - VİDEO - FOTO

Parisdəki “EuroSatory” hərbi avtomobil sərgisində “Mercedes” şirkəti xüsusi təynatlı hərbi avtomobili təqdim edib. Avtosfer.az xəbər verir ki, “Classe G Caracal” adlı modelin istehsalında “Mercedes”, “Rheinmetal” və “Armored car Systems” şirkətləri ştirak edib. G sinif avtomobilin (Gelandewagen) bazasında hazırlanmış texnikada yüngül materiallardan istifadəyə üstünlük verilib. 6 silindrli Avro 3 standartına uyğun dizel mühərrik avtomobilə 140 km/saat sürət verə bilir. Tam komplektasiyada kütləsi 5 tona çatan 4x4 avtomobil üçün bu kifayət qədər yaxşı göstəricidir.
“Classe G Caracal” çoxfunksiyalıdır. Avtomobildən şəxsi heyətin daşınması, mobil xəstəxana və ya düşmən arxasında fəaliyyət göstərən qruplara texniki yardım üçün istifadə etmək mümkündür. Avtomobilin xüsusi təyinatlılar üçün də ayrı bir versiyası hazırlanır.
“Mercedes” şirkəti bildirib ki, “Classe G Caracal”ın satışı 2023-də başlayacaq.
PS. İlk baxışdan oxucuda belə bir haqlı sual yarana bilər: 3 məşhur şirkətin 2023-də satışa çıxaracağı avtomobildə 2006-cı ildə başa çatmış Avro 3 standartının tətbiqininə səbəb nədir? Cavab sadədir: yuxarı sinif mühərrik hazırlamaq üçün elektronikadan ifrat istifadə mütləqdir. Lakin döyüş meydanında bahalı elektronikaya görə dayanmış mühərrikin və ya sıradan çıxmış sürət qutusunun doğuracağı fəsadı təsəvvür etmək çox da asan deyil. Mikrosxemlərin bolluğu texnikanın etibarlılığını azaldır.
Vüqar
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













