Yeni “Toyota Camry”nin hibrid və benzin mühərrikli modeli təqdim edildi – VİDEO-FOTO

Gürcüstanın Zuqdidi bölgəsinə səfərimizin səbəbkarı yeni nəsil “Toyota Camry” idi. Fotolara baxdıqca avtomobildə baş verən yenilikləri təsəvvür edə-edə gecə yarısı maşını canlı görə bildik. Tarixi məkanda baş tutan görüşdə çoxlu suallar yarandı və təqdimat mərasimində suallara cavab ala bildik.

Məlum oldu ki, “Toyota Camy”nin iki versiyası hazırdır. 2.5 benzin və 2.5 hibrid texnologiyası müxtəlif rənglərdə satışa çıxarılır. Rəngdən söz düşmüşkən, bu modellər 8 rəngdə təqdim olunur, onların da 4-ü yeni rəng çalarları ilə hazırlanıb. Maraqlı alınıb və yəqin ki, rəng seçimi zamanı qiymət fərqi hiss ediləcək.

Hibrid texnologiyasında yenilik var. Belə ki, hibrid mühərrikin at gücü 218- dən 227-ə çartıb. İndi bu avtomobilin sürəti 0-dan 100-ə yığması arasında fərq 8.3-dən 7.9 saniyəyə enib.

Gəlin sizi avtomobilin özəllikləri ilə tanış edim. Bəri başdan deyim ki, dünyada “Toyota Camry” indiyədək 21 milyon satış rəqəminə çatıb.

Azərcaycanda satılacaq Camry-nin hibrid mühərriki 5-ci nəsil hibrid texnologiyasına malikdir ki, bu da yapon mühəndislərin hazırladığı ən son texnologiya hesab edilir.
Yeni Nəsil Toyota Camry dinamik, müasir və idman üslublu bir görünüşə sahibdir. Avtomobilin ön hissəsi çəkicbaş akulaya bənzədilib.

Ümümi olaraq yeni nəsil Camry 35 mm daha uzundur.
Kabin daxili havanın təmizliyini təmin etmək üçün xüsusi Nanoe x texnologiyası da var. Panoramik görüntü monitoru və rəqamsal arxa görünüş kamerasını da qeyd etmək yerinə düşər.

Yəqin ki, çoxları avtomobilin qiyməti ilə maraqlanır. Məlumat üçün bildirim ki, qiymət 39 900 dollardan başlayaraq təyin edilir. Qiymət komplektasiyaya görə dəyişir.
Avtomobil artıq Azərbaycanda satışa və sifarişə açıqdır. Toyota Bakı, Toyota Gəncə və Toyota Abşeron mərkəzlərinə yaxınlaşıb maşını test və sifariş edə bilərsiniz. Rəsmi dillərdən almağınızı ona görə tövsiyyə edirəm ki, geniş zəmanət paketi əldə edəcəksiniz. Bu modelin Çin versiyası artıq Azərbaycanda sürülür. Amma onlara geniş zəmanət paketi verilmir. Üstəlik, bəzi ehtiyyat hissələrini tapmaq da çətindir. Çünki Çin versiyası Çin üçün nəzərdə tutulub. Yapon mühəndislər Azərbaycan üçün məhz Avropa istehsalı olan Toyota-nı tövsiyyə edir.

Son olaraq zəruri qeydi diqqətinizə çatdırım ki, Toyota Camry təhlükəsizliyə diqqət yetirməklə daha bir yeniliyə imza atıb. Avtomobil hərəkətdə olan zaman yolun sağında və solunda piyada və ya yaxınlaşan digər maneə görərsə avtomatik olaraq sürəti azaldır və özü manevr edərk maneədən yan keçir.

Təqdim etdiyim video-icmalda avtomobil haqqında geniş məlumat vermişəm. Ümid edirəm ki, hər birimiz Camr alarkan iki dəfə düşünüb rəsmi servisə üz tutacağıq.
Elməddin Muradlı
"Skoda" və "Volkswagen" toqquşdu; piyadalar möcüzə nəticəsində sağ qaldı - VİDEO
Bakıda yol üstündə gərgin anlar: Piyada ilə sürücü arasında mübahisə yarandı - VİDEO
Bu yolda nişan yoxdur, amma sürücülərə cərimələr yazılır - ŞİKAYƏT - VİDEO
Qadın sürücü binanın girişində qəza törətdi; azyaşlı velosipedçini vurdu - VİDEO
“Range Rover”lə əks yola çıxıb “hoqqa” verdi; görüntülərini paylaşdı - VİDEO
18 yaşlı gənc sürücü "Mercedes"lə yolu keçən məktəblini vurdu - VİDEO
"Galenvagen" sürücüsü telefonla danışa-danışa səkidə parklanma etdi - 90-AZ-094 - VİDEO
Sərxoş halda binanın həyətinə girən sürücü aləmi bir-birinə qatıb maşınları əzdi - VİDEO
Gəldiyi sürətlə dairəyə girən sürücü qəza törətdi - 10-KD-012 - VİDEO
Hövsanda təhlükəli “şou”: “Mercedes”, “Khazar” və “VAZ” sürücüləri yolda yarışdı - VİDEO
Yol polisi əməkdaşı ilə motosikletçi arasında İNSİDENT - VİDEO






















































