Yol polisi piyadaların keçiddə vurulması görüntülərini yaydı – VİDEO
Bakıda baş vermiş daha iki piyadavurma hadisəsi ilə bağlı Avtosfer.az və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təhlillər aparıb. Bu görüntülər bir çox sürücü və piyada üçün təsirli təbliğat vasitəsi ola bilər. Avtosfer.az-ın məlumatına görə, həmin hadisələr Bakının Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəşisməsində baş verib. Hadisənin birində qadın piyada svetaforun qırmızı işığı yanan ərəfəsində keçidə daxil olur və hərəkətə başlayan avtomobillərin ikisinin sürücüsü onu görüb yol versə də, orta zolaqda hərəkət edən üçüncü sürücü görmür və qadını maşın vurur. Xoşbəxtlikdən qadın yüngül xəsarət alır və ayağa qalxaraq hərəkətini davam etdirməklə yoluna davam edir.
Digər piyadavurma hadisəsi günün qaranlıq vaxtında baş verib. Videodan da göründüyü kimi “Toyota” markalı avtomobil Üzeyir Hacıbəyov küçəsində düzünə hərəkət zolağında olduğu halda qəflətən svetaforun yaşıl işığı yanarkən sola - Azadlıq prospektinə dönür və təhlükəsizlik adacığının üstündə keçiddən keçən qadını vurur.
Bu kadrlarda sürücünün günahkar olduğunu görə bilərik. Yəni, o, düzünə hərəkət etdiyi halda qəflətən zolağı dəyişir və təhlükəsizlik adacığının üzərində hərəkəti davam etdirir. Digər tərəfdən, yol hərəkəti qaydalarına görə, yaşıl işıqda piyada keçidinə daxil olan və hərəkəti başa çatdıra bilməyən piyadaya sürücülər yol verməlidir ki, piyada keçə bilsin.
Svetaforda qaydalara uyğun şəkildə dayanan sürücülər həmin piyadaya yol versə də, hadisəyə səbəb olan sürücü sürətlə və kobud şəkildə hərəkət etməklə qəza törədir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür hadisələrin görüntüsünü təqdim etməklə və təhlillər aparmaqla əslində sürücüləri və piyadaları maarifləndirməyə çalışırlar:
“Məqsədimiz odur ki, həm piyadalar, həm də sürücülər bu cür hallarda diqqətli olsunlar. Və belə hadisələr bu daha təkrar olunmasın. Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır. Artıq hadisələrə hüquqi qiymət verilib. Düşünürük ki, birbaşa hadisə videolarını yaymaqla, hadisə yerində təhlillər aparmaqla insanlarımızı maarifləndirə bilərik və bu da onların gələcəkdə edəcəkləri hərəkətlərə öz təsirini göstərmiş olacaq”.
Elməddin
Xırdalanda yol çöküb: Sakinlər aidiyyəti qurumlardan xahiş edir - VİDEO
Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO
Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO
Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO
Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO
Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO
Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO
Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO










