Yola "qoçuluq" etməyə çıxan "Uber" sürücüsü belə saxlanıldı - VİDEO

Bakı-Sumqayıt yolunda taksi sürücüsünün etdiyi hərəkət avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Uber şirkətinə məxsus 77-DG-593 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü iyunun 7-də üzü Sumqayıt istiqamətində hərəkət edən zaman yolun sol zolağını zəbt edərək arxadan gələn sürücülərin yolunu kəsib. Görüntünü qeydə alan sürücü işıq və səs siqnallarından istifadə edərək ondan yol istəsə də, həmin sürücü buna əhəmiyyət vermədən hərəkətini sol zolaqla davam etdirib. Bu azmış kimi qəfil manevr etməklə ondan yol istəyən sürücüyə qərəzli hərəkətlər də nümayiş etdirib.
Sürücünün hərəkətlərini müşahidə edən 99-YP-776 qeydiyyat nişanlı YPX avtomobilindəki əməkdaşlar bir az qarşıda onu dayandıraraq inzibati məsuliyyətə cəlb edib.
Görüntünü qeydə alan sürücü redaksiyamız vasitəsilə yol polisi əməkdaşlarının vaxtında verdiyi reaksiyaya görə onlara təşəkkürünü bildirir.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












