Yolda ölüm saçan köhnə avtomobil kameraya düşdü - ləngər vurur - VİDEO

Yollarımızda hələ də sınıq-salxaq, istismara yararsız avtomobillər idarə olunur və bütün bunlar da yol hərəkəti təhkükəsizliyi baxımından təhlükə mənbəyidir. Bu dəfə Avtosfer.az-ın kamerasına yolda ləngər vuran avtomobil düşüb. “Vaz 2106” markalı, 15-BG-781 dövlət nömrə nişanlı avtomobilin yolda hərəkət zamanı çəkilən videosu izləyicilərin marağına səbəb olub. Belə ki, nəqliyyat vasitəsinin raması kuza ilə birləşmədiyi üçün yolda sağa-sola yellənir. Bu isə avtomobilin texniki cəhətdən tamamilə nasaz vəziyyətdə olduğunu göstərir. Ümid edirik ki, aidiyyatı qurumlar bu cür nəqliyyat vasitələrinin yollardan yığışdırılmasını sürətləndirəcək. Qeyd edək ki, hazırda köhnə avtomobillərin çıxdaş edilməsilə bağlı dövlət proqramı mövcuddur və proqrama əsasən belə avtomobillərin yollardan yığışdırılması hələ ki, müzakirə olunur. Ancaq buna baxmayaraq sürücülər özləri belə avtomobillərlə yola çıxmağın nə dərəcədə təhlükəli olduğunu anlamalı və bu cür hərəkətlərdən uzaq durmalıdırlar, çünki belə avtomobil nəinki həmin sürücünün, digər hərəkət iştirakçılarının da həyatı üçün təhlükə mənbəyidir.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












