"Zerkalnı Əliyar" yenidən "protiv" gedib təhlükə yaratdı - 10-MM-100 - VİDEO

Paytaxtın Cəfər Xəndan küçəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10-MM-100 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq digər sürücülər üçün təhlükə yaradır.
Qeyd edək ki, iki ay əvvəl bu sürücü eyni hərəkəti yol polisinin gözü qarşısında etmişdi. Həmin vaxt sürücü barəsində inzibati protokol tərtib edildiyi açıqlanmışdı.
Xatırladaq ki, sosial şəbəkələrdə "Zerkalnı Əliyar" kimi tanınan şəxsin şəhərdə müntəzəm olaraq bu cür qayda pozduğu bildirilir. Bu isə ardıcıl və aşkar şəkildə cəmiyyətə hörmətsizlikdir ki, avtoxuliqanlıq kimi qiymətləndirilə bilər.
Sosial şəbəkə istifadəçiləri bu sürücünün şəhərdə hərəkətin sıx olduğu yollarda tez-tez avtomobilini söndürərək yatdığını da qeyd edirlər. Videogörüntüləri təqdim edirik:
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












