Bakının bu yolu birdəfəlik BAĞLANIR

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, dəyişikliklərə əsasən, cari ilin 15 oktyabr tarixindən etibarən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək.
Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa - Qoşa Qala qapıları çıxışına, sola hərəkət edən nəqliyyat vasitələri isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək. Bundan başqa, qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının daha rahat təşkili məqsədilə Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən girişi Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək. Görülən tədbirlər sakinlərin yaşayış ünvanlarına daha rahat və qısa marşrutla hərəkətini təmin etməklə yanaşı, Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına və ərazidə hərəkətin daha səmərəli təşkilinə imkan verəcək.
Qeyd olunan küçələrdə yaşayan sakinlərdən cari ilin 15 oktyabr tarixindən etibarən "İçərişəhər" qoruğu ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur. Yeni hərəkət sxemi qədim şəhər sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat və təhlükəsiz təşkilinə, Qoşa Qala meydanında isə şəhərin tarixi ruhuna uyğun, geniş və təhlükəsiz piyada məkanının formalaşmasına xidmət edəcək.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












