Bakıda özünü maşına çırpıb yerə yıxılan qız şou göstərdi - Bu qəzada kimdir günahkar? - VİDEO

Bir müddətdir ki, ölkəmizdə piyadaların yol verdikləri səhvlər nəticəsində müxtəlif dərəcəli yol-nəqliyyat hadisələri baş verir. Bu hadisələri bəzi hallarda piyadalar özləri törədir.
Avtosfer.az xəbər verir ki, ölkəmizdə artıq bir müddətdir ki, sürücüləri müxtəlif formalarda şərləmə halı dəb olub. Belə ki, daha əvvəl taksi sürücülərinin sərnişin tərəfindən şərlənməsi ilə bağlı mövzular gündəmdə idisə, bu gün vəziyyət tamamilə fərqlidir. Bu gün piyadalar yolu keçərkən səhvə yol verir, sonrasında özünü ya avtomobilə çırparaq, ya da asfalta tullayaraq sürücüdən nəsə “qoparmağa” çalışır.
Mövzuya nəqliyyat eksperti Elməddin Muradlı bu gün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaydığı videonu şərh edərkən də toxunub. O bildirib ki, yayılan görüntülərdə özünü “Mercedes”in qarşısında yerə atan qadın özünü hind filmlərdə hiss edib: “Birincisi, bu piyada qadağan edilmiş yerdən keçir. Bura Heydər Əliyev prospektinin köməkçi yoludur. Üstəlik, yolu qaçaraq keçir. “Mercedes” sürücüsü də onu vurmamaq üçün kifayət qədər tormoz verməli olur. Olduqca yüngül bir zərbə var bu məqamda. Siz həmin qadının yerdə diyirlənməyinə, fırlanmağına diqqət edin. Türkiyədə də belə bir hadisə baş verib. Özünü maşına çırpır, sonra yerə yıxır, vay-şivən qoparır, eynən prospektdəki qəzada özünü yerə yıxan qadın kimi. Belə artistlik, belə yumor bacaranlar sürücülərin həyatını qaraldır. Onun yerdə dığırlanmaqda məqsədi var. Qadın, loru dildə desək, tası qaldırmağa çalışır. Sabah həkimdən necəsə arayış alacaq, sürücünün yaxasından yapışacaq ki, telefonum sındı, planşetim sındı, ıPad da almalısan mənə, təzə paltar görmüşəm onu da almalıyam, kompüterimi də dəyişməliyəm və s. Belə insanlara görə həmin sürücülərin həyatı qaralır”.
Elməddin Muradlının şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə












