Binəqədidəki bu yolda 5 metr düz asfalt yoxdur - ŞİKAYƏT - VİDEO

Gündəm 29 İyul 2026 12:18
Binəqədidəki bu yolda 5 metr düz asfalt yoxdur - ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan-12 yaşayış massivində sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayət edirlər.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, məhəllədaxili yollar illərdir təmir olunmur. Yağışlı havalarda vəziyyət daha da ağırlaşır, yollarda palçıq və iri gölməçələr əmələ gəldiyindən sakinlərin gediş-gəlişi xeyli çətinləşir.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Onlar yolların qısa müddətdə təmir olunmasını və problemin aradan qaldırılmasını istəyirlər.

Eltac

Oxunub : 364
ŞƏRH YAZ
Ad

E-mail

Şərh