Dünya nəqliyyat və sənayenin elektrikləşdirilməsində geri qalır - IRENA

Dünya bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında irəliləyiş əldə edib, lakin nəqliyyatın elektrikləşdirilməsi, sənayenin dekarbonizasiyası və digər məsəslələrdə əhəmiyyətli dərəcədə geri qalır.
Avtosfer.az xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktorunun müavini Qauri Sinqh Bakıda keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
O, qeyd edib ki, məhz bu sektorlarda bu gün enerji keçidi üçün əsas maneələr cəmləşib.
Qonağın sözlərinə görə, ötən il dünyada quraşdırılmış 585 QVt yeni bərpa olunan enerji mənbələri gücündən 570 QVt Çin, Aİ və ABŞ-nin payına düşüb və ümumi həcmdən cəmi 15 QVt dünyanın qalan hissəsinə aiddir.
"Bu göstəricilər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı "yaşıl enerji"yə çıxış baxımından dərin bərabərsizliyi aydın şəkildə göstərir. İnkişaf etməkdə olan ölkələrin bərpa olunan enerji mənbələrinin gətirdiyi faydalardan istifadə etməsinə mane olan əsas problem şübhəsiz ki, maliyyələşdirmədir", - IRENA nümayəndəsi vurğulayıb.
Q.Sinqh, həmçinin inkişaf etməkdə olan ölkələrə investisiyaların artırılmasının zəruriliyini, həm də kapitalın dəyərinin azaldılmasının vacibliyini vurğulayıb: "İnkişaf etməkdə olan ölkələr üçün borcalma dəyəri hələ də əhəmiyyətli dərəcədə yüksəkdir. Məhz buna görə də ölkələr COP çərçivəsində iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və uyğunlaşmaya nə qədər vəsaitin ayrılmalı olduğu barədə razılaşdıqda, təkcə maliyyələşdirmənin həcmini deyil, həm də onun qiymətini nəzərə almaq vacibdir".
Agentliyin nümayəndəsi elektrik şəbəkələrinin vəziyyətinə xüsusi diqqət ayırıb: “Şəbəkələrin genişləndirilməsi və modernləşdirilməsi uzunmüddətli planlaşdırma tələb edir. Qərar qəbulundan istismara verilməsinə qədər 5-7 il keçir. Əgər şəbəkələrin inkişafı bərpa olunan enerji mənbələri ilə paralel aparılmasa, enerji mövcud olsa belə, onu istehlakçıya çatdırmaq mümkün olmayacaq”.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












