Qazaxıstan və Çin Orta Dəhlizlə sınaq reysini həyata keçirəcək

Qazaxıstan və Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) birgə inkişafı və bu dəhlizin birgə yüklənməsi barədə razılığa gəliblər.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında bildirilib. Razılaşma Qazaxıstan və Çinin nəqliyyat nazirləri Marat Karabayev və Lyu Vey arasında Pekində keçirilən görüşdə əldə olunub.
"Görüş M.Karabayevin Pekinə işgüzar səfəri çərçivəsində dekabrın 5-də keçirilib. Tərəflər dəmir yolu və avtomobil daşımaları sahəsində daşımaların həcminin, ölkələr arasında reyslərin sayının, həmçinin TBNM üzrə daşımaların əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər", - məlumatda qeyd olunub.
Nəqliyyat Nazirliyi bildirib ki, hazırda Çindən TBNM üzrə (Çin-Avropa istiqamətində) daşımaların həcmi 27 min iyirmi futluq konteyner ekvivalentini ötüb. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.
"Danışıqlar zamanı TQBM marşrutunun birgə inkişafı, həmçinin yüklərin fasiləsiz keçidinin təmin edilməsi üzrə daimi işçi qrupun yaradılması ilə bu dəhlizin birgə yüklənməsi barədə razılıq əldə edilib. Göstərilən razılaşmalar çərçivəsində bu ilin dekabrında Çindən TBNM dəhlizi üzrə litium-ion batareyalarının daşınması üçün sınaq reysinin işə salınmasını planlaşdırılır", - məlumatda qeyd olunub.
Bundan əlavə, nazirlər Qazaxıstan və Çin arasında sərhədyanı çaylar vasitəsilə yeni marşrutların yaradılması və yük daşımalarının inkişafı imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
Prezident Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub - FOTOLAR
Səməd Vurğunun “Pobeda”sı Bakıya gətirildi - VİDEO
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış vaxtı AÇIQLANDI
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Prezidentin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım - FOTO
Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək
"AZCON daha çevik maliyyələşmə və vahid idarəetmə modeli formalaşdırır" – Şahin Babayev - MÜSAHİBƏ
Rayona gedənlərin nəzərinə - XƏBƏRDARLIQ
“Arzum 9999” qəzanın anbaan VİDEOsunu yaydı
Bu ərazidə müvəqqəti alternativ yol salınır - VİDEO








