Şəhriyar parkı təmirdən sonra əhalinin istifadəsinə veriləcək? – RƏSMİ AÇIQLAMA

Son günlər Nərimanov rayonundakı söküntü işləri başlanan Şəhriyar parkının ətrafındakı suallar vətəndaşları narahat edən əsas məsələyə çevrilib.
Avtosfer.az xəbər verir ki, artıq 2 ilə yaxındır Şəhriyar parkının ərazisində təmir və tikinti işlərinin aparılması ilə əlaqədar yaranan müəmmalı vəziyyət sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, parkın ərazisində İtaliya-Azərbaycan Universitetinə aid bina tikilməsi ilə bağlı iddialar irəli sürülüb. Məhz bu səbəbdən, universitetin ətrafındakı park ərazisinin təmir işləri yekunlaşdıqdan sonra da əhaliyə açıq olub-olmaması sual doğurub.

Ərazidə İtaliya-Azərbaycan Universiteti ilə bağlı layihəni həyata keçirən ADA Universitetinə müraciət etdik. Universitetdən sorğumuza cavab olaraq bildirildi ki, İtaliya-Azərbaycan Universitetinin tikilməkdə olan tədris binası Əhmədbəy Ağaoğlu küçəsində, ADA Universiteti kampusunun ərazisində yerləşəcək. Bu ilin sonunda təhvil verilməsi gözlənilən binanın ətrafında yerləşən parkdakı yenidənqurma işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.

Bakı Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, ADA Universiteti tərəfindən həyata keçirilən layihə tamamilə yekunlaşdıqdan sonra ilkin planda parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Gələcəkdə hansısa tender əsasında dəyişiklik nəzərdə tutulduğu halda ictimaiyyətə məlumat veriləcək.
Səfər
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












