Stomatoloqla dialoqu ilə məşhurlaşan uşaq danışdı – VİDEO

Sosial şəbəkələrdə böyük marağa səbəb olan görüntülərdən bəhs edəcəyik. Söhbət dişini çəkdirməyə gələn 6 yaşlı uşaqla stomatoluqun dialoqundan gedir.
Əməkdaşlarımız qorxudan dişini çəkdirmək istəməyən və həkimi bu fikirdən daşındırmağa cəhd edən azyaşlının ailəsində olublar. Valideynləri həmin videonun bu qədər maraqla qarşılanacağını gözləmədiklərini deyirlər.
Dişini çəkdirməyə gələn azyaşlı ilə həkimin dialoqu sosial mediada qısa vaxt ərzində böyük marağa səbəb olub.
Stomatoloq uşağı danışdırır, fikrini yayındırır, mümkün qədər xoş sözlər deməklə onun əhval- ruhiyyəsini qaldırır.
Quba rayonunun Söhüb kəndində yaşayan uşaq-Baba Bərxudayevin dişi ağırdığından valideynləri onu stamatoloq Fərman Əliyevin yanına gətiriblər. Həkim uşağın qorxduğunu, narahat olduğunu görüb və bu hissləri uzaqlaşdırmaq üçün onunla xoş söhbətə başlayıb.
Uşağın atası Elşad Bərxudayev deyir ki, həkimin özünəməxsus davranışları onlar üçün gözlənilməz olub. Stomatoloq azyaşlının dişini çıxartmağa tələsməyib. Dərmanla yerini təmizləyib evə göndərib.
Həkim Fərman Əliyev deyir ki, uşaq xəstəxanaya gələndən “dişimi çəkmə”' deyirmiş.
Həkim qeyd edib ki, belə məqamlar həssas olduğuna görə azyaşlıda psixoloji travma yarada bilər.
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?












