Miqrantların olduğu qayıq batdı - 5 nəfər öldü

Nikaraqua sahillərində gəminin batması nəticəsində azı 5 nəfər ölüb, 4 nəfər itkin düşüb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin Vitse-prezidenti Rosario Murilyo bildirib.
Onun sözlərinə görə, gəmidə Vyetnam, Misir, Hindistan və İran vətəndaşları da daxil olmaqla 17 nəfər olub. Portal həmçinin Nikaraqua Ordusunun məlumatını dərc edib və orada qayığın göyərtəsində altı uşaq da daxil olmaqla miqrantların olduğunu bildirilib. Gəmi fevralın 4-də Kolumbiyanın San-Andres adasından yola düşüb və çərşənbə axşamı axşam saatlarında Nikaraquanın Karib dənizi sahillərindəki Korn adalarından təxminən 2 km aralıda batıb.
Ölkənin hakimiyyət orqanları xilasetmə əməliyyatına başlayıb və 8 nəfərin xilas edildiyini təsdiqləyib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












