"Formula-1" pilotundan qeyri-adi addım: 420 kilometr yolu velosipedlə qət etdi

Finlandiyalı "Formula-1" pilotu Valtteri Bottas Malayziyadan Sinqapura velosipedlə gedib.
Avtosfer.az xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində məlumat yayıb.
37 yaşlı Bottas qısa uçuşdan imtina edərək "Formula-1" üzrə Qran-prinin keçiriləcəyi Sinqapura Malayziyanın Sepanq şəhərindən velosipedlə yola düşüb. İki yaşayış məntəqəsi arasındakı məsafə təxminən 350 kilometrdir.
Pilot bildirib ki, səfərinin dördüncü günündə Sinqapura çatıb. Seçdiyi marşrut nəzərə alınmaqla ümumi məsafə isə təxminən 420 kilometr təşkil edib.
"Formula-1"də yay fasiləsi zamanı Bottas gravel velosipedçiliyi üzrə dünya çempionatına vəsiqə qazanıb. Gravel velosipedi çınqıllı, torpaq və meşəlik yollarda sürülür. O, Çexiyada keçirilən mərhələdə yaş qrupunda beşinci yeri tutub. Lakin BBC-nin yazdığına görə, pilot dünya çempionatında iştirak edə bilməyəcək. Çünki turnirin tarixləri oktyabrın 11-də keçiriləcək Sinqapur Qran-prisi ilə üst-üstə düşür.
Malayziyada keçirilən və ötən həftə başa çatan Bəhreyn Qran-prisində Bottas yarışı başa vura bilməyib. "Formula-1" mövsümünün 16 mərhələsindən sonra finlandiyalı pilotun hesabında hələ də bir xal belə yoxdur. (oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












