Telefonlarda təyyarə rejimi nə üçün lazımdır? - Mühüm məlumatlar açıqlandı

Smartfonlarda uçuş rejimi akkumulyatorun enerjisinə qənaət etməyə və mobil operatorların baza stansiyalarının yüklənməsini azaltmağa xidmət edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "MakeUseOf" portalı məlumat yayıb.
Bildirilir ki, mobil şəbəkənin hər hansı aviaqəzaya və ya havada baş verən insidentə səbəb olması ilə bağlı sübut edilmiş hal yoxdur. Buna baxmayaraq, müasir smartfonlarda bu funksiya hələ də mövcuddur.
Mütəxəssislər bu funksiyanın istifadəçilər üçün faydalarını izah edərək onun əsas məqsədini açıqlayıblar. Müəlliflərin sözlərinə görə, uçuş rejimi aktivləşdirildikdə smartfonun mobil şəbəkə, "Wi-Fi" və "Bluetooth" bağlantıları deaktiv edilir. Nəticədə cihazın enerji sərfiyyatı əhəmiyyətli dərəcədə azalır.
Bundan əlavə, həmin rejim smartfonun daha sürətli şarj olunmasına, bağlantı ilə bağlı problemlərin müvəqqəti aradan qaldırılmasına, rouminq xərclərinin qarşısının alınmasına, eləcə də gələn zəng və bildirişlərin bloklanmasına kömək edə bilər.
Həmçinin uçuş rejiminin mobil şəbəkələrdəki yükü azaltdığı bildirilir. İzah edilir ki, yüksək hündürlükdə olan smartfon şəbəkə tapa bilmədikdə uzaqda yerləşən mobil rabitə qüllələrinə qoşulmağa davamlı cəhd göstərir və bu, həmin stansiyaların əlavə yüklənməsinə səbəb ola bilər.
Mütəxəssislər əlavə ediblər ki, müasir cihazlar təyyarənin elektron sistemlərinə demək olar ki, heç bir təsir göstərməsə də, pilotlar bəzən rabitə sistemlərində kənar səslər və xırda maneələr barədə məlumat verirlər. Bildirilir ki, təyyarənin göyərtəsində yaranan bu problemin qarşısını uçuş rejimi tamamilə ala bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












