4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq yaradıb.
Avtosfer.az xəbər verir ki, Florida Səhiyyə Departamentinin məlumatlarına görə, 2025-ci ildə ştatda 39 cüzam halı qeydə alınıb. 2026-cı ildə isə indiyədək daha 19 yeni hal aşkarlanıb.
Cüzam Mycobacterium leprae bakteriyasının törətdiyi xroniki infeksion xəstəlikdir. Əsasən dəri, periferik sinirlər və selikli qişaları zədələyir. Minilliklərdir insanlara məlum olan bu xəstəlik müasir dövrdə də tamamilə yox olmayıb.
Bununla belə, cüzam qrip və ya COVID-19 kimi asanlıqla yayılan xəstəlik deyil. Mütəxəssislərin məlumatına görə, insanların böyük əksəriyyətində xəstəliyə qarşı təbii müqavimət var. Yoluxma üçün adətən müalicə almayan xəstə ilə uzunmüddətli və yaxın təmas tələb olunur. Müasir antibiotik müalicəsi ilə xəstəliyi sağaltmaq mümkündür.
Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda cüzam olduqca nadir rast gəlinən xəstəliklər sırasındadır. Rəsmi statistikada son illərdə ölkədə cüzam diaqnozu ilə qeydiyyatda olan şəxslərin sayının təxminən 10 nəfər ətrafında olduğu göstərilib. Bu rəqəm hər il 10 nəfərin cüzama yeni yoluxması demək deyil – söhbət həmin dövrdə cüzam diaqnozu ilə tibbi qeydiyyatda olan xəstələrdən gedir.
Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı məlumatda isə ölkədə ümumilikdə 15 cüzam xəstəsinin olduğu bildirilmişdi. Müxtəlif rəqəmlərin göstərilməsi məlumatların ayrı-ayrı dövrlərə aid olması və statistik göstəricilərin fərqli meyarlarla – qeydiyyatda olan və tibbi nəzarətdə saxlanılan xəstələr üzrə təqdim edilməsi ilə bağlıdır.
Müqayisə üçün, 1990-cı ildə Azərbaycanda cüzam xəstələrinin sayı 80 nəfər olub. Sonrakı onilliklərdə xəstəliyin yayılması kəskin şəkildə azalıb.
Azərbaycanda cüzam xəstələrinin müalicəsi və nəzarəti üçün ayrıca ixtisaslaşmış tibb müəssisəsi – Respublika Leproz (Cüzam) Xəstəxanası fəaliyyət göstərir. Xəstələr və onlarla yaxın təmasda olmuş şəxslər tibbi nəzarətdə saxlanılır. (Bakupost)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












