ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?

Vaşinqtonun İrəvanı Bakı ilə ilkin sülh razılaşmasına imza atmağa inandırması, digər məsələlərlə yanaşı, həm də "Nvidia" süni intellekt mikroçiplərinə çıxış vədi sayəsində mümkün olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri danışıqlar prosesində iştirak edən mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Hrazdan şəhərindəki "Firebird" məlumat mərkəzi üçün çiplərin alınmasına genişləndirilmiş icazələrin verilməsi İrəvan üçün əsas stimullardan biri olub. ABŞ-li diplomatlar hesab ediblər ki, Birləşmiş Ştatlarla daha sıx iqtisadi əlaqələr təklif ediləcəyi təqdirdə Ermənistanın sülh prosesinə razılıq vermək ehtimalı artacaq. Qəzet qeyd edib ki, bu addım güclü "Nvidia" çiplərinin alınmasına icazənin verilməsini də əhatə edirdi.
"Firebird" layihəsinin müəllifləri 2027-ci ilin sonuna qədər sözügedən məlumat mərkəzində 70 min ədəd ən yeni "Nvidia Grace Blackwell" və "Vera Rubin" süni intellekt serverlərini yerləşdirməyi planlaşdırırlar.
ABŞ-nin Ermənistandakı keçmiş səfiri Kristina Kvin nəşrə açıqlamasında bildirib ki, "Nvidia" şirkəti bu sövdənin çox vacib bir detalı olub.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün bərqərar olması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılıb.
TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
İqtisadi xarakter daşıyan bu təşəbbüsə dəmir yolu, avtomobil magistralı, neft və qaz kəmərləri, həmçinin optik-lifli rabitə xətlərinin inşası daxildir. Layihənin icrası Ermənistan qanunvericiliyinə uyğun olaraq, heç bir hərbi komponent olmadan ABŞ şirkəti tərəfindən həyata keçiriləcək. Plana əsasən, Birləşmiş Ştatlar layihənin icrası üçün 99 ilə qədər eksklüziv hüquqlar əldə edəcək və bəzi sahələri infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq beynəlxalq konsorsiuma subicarəyə vermək imkanına malik olacaq. (Oxu.Az)
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI










