Azərbaycanlı qadının Türkiyə ilə bağlı dediyi sözlər gündəm oldu - VİDEO

Xəbərlər 31 Avqust 2026 13:23
Azərbaycanlı qadının Türkiyə ilə bağlı dediyi sözlər gündəm oldu - VİDEO
WhatsApp kanalımıza abunə olun

Türkiyədə küçə müsahibəsi zamanı azərbaycanlı qadının Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı fikirləri sosial şəbəkələrdə gündəm olub.

Avtosfer.az xəbər verir ki, türkiyəli müxbir İstanbulda rastlaşdığı azərbaycanlı qadından şəhəri bəyənib-bəyənmədiyini soruşub.

Qadın İstanbulu çox sevdiklərini deyərək, “Türkiyə olsun, yetərlidir” cavabını verib.

Aparıcının azərbaycanlılarla türkləri qardaş kimi görmələri barədə sualına isə qadın diqqətçəkən cavab verib:

“Görmürük, onsuz da qardaşıq. İnsan qardaş olduğu bir şeyi görmür ki, qardaşıdır onsuz da”.

Daha sonra aparıcı qadından övladını Türkiyəyə ərə verməyə razı olub-olmayacağını soruşub. Qadın Azərbaycanla Türkiyə arasında belə bir ayrı-seçkiliyin olmadığını bildirib:

“Biz qardaşıq. Azərbaycanda da sizdən qız alırıq, qız veririk. Heç bir fərqi yoxdur”.

O, ailəsində də türkiyəlilərlə qohumluq əlaqələrinin olduğunu qeyd edib. Əmisi oğlunun həyat yoldaşının Ankaralı, dayısının ərinin isə İzmirli olduğunu deyib.

Azərbaycanlı qadın daha sonra türkiyəliləri Azərbaycana dəvət edib və iki ölkə arasında qardaşlıq münasibətlərinin gündəlik həyatda da özünü göstərdiyini vurğulayıb.

“Azərbaycanda hər 2-3 restorandan biri türkdür. Siz Azərbaycanda olsanız, heç fərq etməzsiniz ki, Azərbaycandasınız, yoxsa Türkiyədə. Özünüzü Türkiyədəki kimi hiss edərsiniz”, – deyə qadın bildirib.

O, Azərbaycanda Türkiyə və Azərbaycan bayraqlarının yanaşı asıldığını da vurğulayıb:

“Bizdə hər yerdə Türk-Azərbaycan bayraqları yanaşıdır. Tək Azərbaycan bayrağı asılmır”.

Müsahibə zamanı digər azərbaycanlı qadın da Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyi unutmadıqlarını bildirib.

“Qarabağ savaşında bizə dəstəyinizi heç zaman unutmuruq”, – deyə o qeyd edib.

Digər qadın isə Azərbaycanın da müxtəlif məsələlərdə Türkiyənin yanında olduğunu bildirərək, “Qardaş qardaşın yanında olmalıdır”, – sözlərini deyib.

Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılaraq geniş müzakirələrə səbəb olub./nocomment.az

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh