Bakıda çoxdur, rayonlarda niyə yoxa çıxıb? - Gənclərin...

Bölgələrdə yaşayan gənclərin asudə vaxtını səmərəli keçirməsi məsələsi hələ də aktual olaraq qalır. Böyük şəhərlərlə müqayisədə rayonlarda gənclərin mədəni, sosial və idman fəaliyyətlərinə çıxış imkanlarının daha məhdud olduğu müşahidə edilir. Bir sıra bölgələrdə gənclərin vaxt keçirə biləcəyi məkanların, müxtəlif dərnək və fəaliyyətlərin azlığı onların asudə vaxt seçimlərini də məhdudlaşdırır.
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu gün qarşıda duran əsas hədəf və məqsədlərdən biri həm paytaxtda, həm də bölgələrdə gənclərin asudə vaxtının səmərəli təşkilidir:
“Çünki əksər hallarda gənclər vaxtlarını səmərəli təşkil edə bilmədikdə müxtəlif zərərli fəaliyyətlərə yönələ bilirlər. Ona görə də xüsusilə bölgələrdə gənclərin asudə vaxtının səmərəli təşkili və onların inkişafına yönəlmiş imkanların yaradılması çox önəmlidir. Bu baxımdan kitabxanaların, əvvəlki dövrlərdə fəaliyyət göstərən kino klublarının, müxtəlif intellektual oyunların, idman yarışlarının və digər sosial fəaliyyətlərin böyük əhəmiyyəti var. Belə fəaliyyətlər həm gənclərin inkişafına töhfə verir, həm də onları zərərli təsirlərdən qoruyur”.
Deputat hesab edir ki, bu istiqamətdə kompleks və sistemli bir proqram haqqında düşünməyin zamanıdır:
“Həmin proqramda gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosial və şəxsi inkişafına töhfə verəcək imkanlar da öz əksini tapmalıdır. Çünki bu günün gəncləri gələcəyin idarəçiləridir. Biz onların inkişafına töhfə verməli, vaxtlarının səmərəli təşkilinə şərait yaratmalı və gənclərin inkişafı istiqamətində ardıcıl, sistemli və davamlı addımlar atmalıyıq”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












