Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlanıb - FOTO

Bu il avqustun 31-nə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Məlumata görə, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.
Birinci Qarabağ müharibəsi üzrə itkin düşmüş şəxslərdən 3 222 nəfəri hərbi qulluqçu, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində sistemli fəaliyyətini davam etdirir.
2026-cı ilin avqust ayında:
* 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub, ümumi say 910-a çatıb
* Kimliyi müəyyən edilmiş 21 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub, ümumi say 267-yə çatıb
* DNT və məhkəmə-tibbi üsullarla identifikasiya edilmiş itkin düşmüş şəxslərin ümumi sayı 328 olaraq qalır
* İndiyədək 32 kütləvi dəfn yeri aşkar edilib
2026-cı ilin yanvar-avqust aylarında ümumilikdə 79 insan qalığı aşkar edilərək ekshumasiya olunub, 57 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib, 64 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub.
Hazırda 3 682 nəfər hələ də itkin düşmüş hesab olunur.
Aşkar və identifikasiya edilən hər bir şəxs onilliklər davam edən qeyri-müəyyənlikdən sonra daha bir ailənin cavab alması deməkdir. İşlər davam edir.

Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi










