Bu ölkəyə HÜCUM: Şəhərlə ƏLAQƏ KƏSİLDİ

Silahlı qruplaşmalar Mərkəzi Afrika Respublikasının Vakaga prefekturasında yerləşən Am Dafok şəhərinə nəzarəti ələ keçiriblər. Hadisə nəticəsində azı 28 nəfər həlak olub, daha 25 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Radio Ndeke Luka yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, silahlılar Sudandan sərhədi keçərək Am Dafoka daxil olur, hücumlar həyata keçirdikdən sonra isə yenidən Sudan ərazisinə qayıdırlar.
Radio bildirir ki, şəhərdə təhlükəsizlik böhranı ilə yanaşı, xəstəxanalar da talan edilib. Nəticədə əhalinin tibbi yardıma çıxışı demək olar ki, tamamilə məhdudlaşıb.
Şəhərdən qaçan sakinlərdən biri Radio Ndeke Lukaya açıqlamasında bildirib ki, Am Dafok demək olar ki, tamamilə dağıdılıb. Onun sözlərinə görə, silahlılar dərman preparatlarını və ərzaq ehtiyatlarını da ələ keçiriblər.
Məlumata əsasən, hücum çərşənbə axşamı günü baş verib. Hazırda Am Dafok hələ də silahlı qruplaşmaların nəzarəti altındadır və paytaxt Bangui ilə əlaqə kəsilib.
Şəhərin çoxsaylı sakinləri evlərini tərk edərək BMT-nin Mərkəzi Afrika Respublikasındakı Çoxölçülü İnteqrasiya olunmuş Sabitləşdirmə Missiyasının (MINUSCA) bazasında sığınacaq tapmağa çalışırlar.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












