Bunları edin, sizə cərimə gəlməyəcək – Çox sürücü bilmir!

Azərbaycan qanunvericiliyində taksi fəaliyyəti ilə bağlı həm sürücülər, həm daşıyıcılar, həm də taksi sifarişi operatorları üçün müxtəlif məbləğlərdə cərimələr müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, cərimələrin məbləği pozuntunun xarakterindən asılı olaraq 40 manatdan 40 min manatadək dəyişir.
Taksi minik avtomobilinin müəyyən edilmiş tələblərə uyğun tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə nəzərdə tutulan digər məlumat göstəriciləri olmadan istismar edilməsinə görə 50 manat cərimə tətbiq olunur. Nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşınması da eyni məbləğdə cərimə ilə nəticələnir.
Taksi minik avtomobilində tütün çəkilməsinə görə də 50 manat cərimə nəzərdə tutulub.
Sərnişinlərin sayı, baqaj yerlərinin sayı və baqajın kütləsi ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına görə taksi sürücüsü 50 manat cərimə edilə bilər.
Taksilərin xüsusi müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədilə dayanmasına görə də 50 manat cərimə tətbiq edilir.
Taksi ilə sərnişin daşınmasının buraxılış kartında müəyyən edilmiş ərazi hüdudlarından kənarda həyata keçirilməsi də 50 manat məbləğində cərimə ilə nəticələnir.
Buraxılış kartı olmadan taksi minik avtomobili ilə sərnişin daşınmasına görə 50 manat cərimə nəzərdə tutulub.
Daşıyıcı tərəfindən buraxılış vəsiqəsi olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimə edilir.
Taksi sifarişi operatorları üçün isə daha yüksək məbləğlər müəyyən edilib. İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər isə 40 000 manat məbləğində cərimə edilə bilər.
Taksi sifarişi xidmətləri zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərin pozulmasına görə vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər isə 20 000 manat cərimə edilir.
Taksi sifarişi operatorlarının informasiya sistemlərindəki taksi sifarişləri və sürücünün iş və istirahət rejimi barədə məlumatların müvafiq informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmaması və ya işləməməsinə görə də vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 20 000 manat cərimə edilə bilər.
Taksi sifarişi xidmətinin göstərilməsi üçün tələb olunan sənədləri və ya müvafiq texniki və tibb məntəqələri ilə müqavilələri olmayan daşıyıcıya, həmçinin buraxılış kartı və sürücünün xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə xidmət göstərilməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 300 manat cərimə edilir.
Bundan başqa, taksi duracaqlarında taksi olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur. (Ajans.az)
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












