İki ay əvvəl işdən çıxarılmışdı – Yeni yüksək vəzifəyə gətirildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iki ay əvvəl sədr müavini vəzifəsindən azad edilən Balarəhim Quliyev yenidən sistem daxilində yüksək vəzifəyə təyin olunub.
Avtosfer.az globalinfo.az-a istinadla xəbər verir ki, B.Quliyev bu dəfə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib.
Təyinatın AQTA sədrinin əmri ilə həyata keçirildiyi bildirilir.
B.Quliyev AQTA-da çalışdığı dövrdə, əsasən, heyvan sağlamlığı və qida təhlükəsizliyinə nəzarət istiqamətlərinə rəhbərlik edib. O bundan əvvəl özəl tibb müəssisəsində və Dövlət Baytarlıq Xidmətində rəhbər vəzifələrdə çalışıb.
Məmurun AQTA sədr müavini vəzifəsindən hansı səbəbdən azad edildiyi isə hələ də açıqlanmayıb.
İki ay əvvəl vəzifədən uzaqlaşdırılan şəxsin eyni sistem daxilində yenidən rəhbər vəzifəyə gətirilməsi isə AQTA-nın kadr siyasəti baxımdan birmənalı qarşılanmır.
Qeyd edək ki, mediada Balarəhim Quliyevin qida sahəsində iri biznes şəbəkəsinin olduğu haqda müxtəlif məlumatlar dərc olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












