Keçmiş nazirin həbs müddəti uzadıldı - 2 milyardlıq mənimsəmə, 27 daşınmaz əmlak

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryanın həbs müddəti daha iki ay uzadılıb.
Avtosfer.az “Armenpress”ə istinadla xəbər verir ki, eks-mer iyunun 5-dən bəri barəsində seçilmiş həbs qətimkan tədbiri altında saxlanılır.
Keçmiş məmur vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında təqsirləndirilir.
Qeyd edək ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Qaqik Beqlaryan 2004-2010-cu illərdə İrəvanın Kentron icmasının rəhbəri və şəhər meri vəzifələrində çalışarkən səlahiyyətlərindən sui-istifadə edib. O, ümumi dəyəri 2 milyard 327 milyon dram (təxminən 11 milyon AZN) olan 27 daşınmaz əmlakı özünün və ya yaxın şəxslərinin mülkiyyətinə keçirməkdə, daha sonra isə cinayət yolu ilə əldə edilmiş bu əmlakları leqallaşdırmaqda ittiham olunur. (Qafqazinfo)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












