"Nikosayağı" azadlığa çıxır?

Amnistiya aktı “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirliyə şamil olunmayıb.
Bunu tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev yerli mediada "Nikosayağı"nın cəzadan azad olunduğu barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib. Amnistiya aktı 20 min şəxsə aid edilib və 4 ay müddətində icra olunacaq.
Xatırladaq ki, N.Şakirli 2023-cü ilin avqustunda idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza zamanı avtomobildə olan dostu Ruslan Məmmədov həyatını itirib. N.Şakirli isə ağır xəsarətlər alıb və sağ qolu dirsəkdən amputasiya olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ötən il “Nikosayağı” ləqəbi ilə tanınan N.Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini məqsədəuyğun sayıb./metbuat.az
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












