"Nikosayağı" qəzaya düşdüyü maşının nömrəsini satdı - FOTO

“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsini satıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, 10 GR 005 dövlət qeydiyyat nişanlı nömrə 8 min manata alınıb.
Qeyd edək ki, qəzadan sonra "Porsche" markalı maşın təmir edilməyib. Maşının ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.
Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












