Polşada qatar yük maşınına çırpıldı - Anbaan görüntülər

Polşanın Qdansk şəhərində dəmir yolu keçidində yük maşını ilə şəhərlərarası qatar toqquşub.
Avtosfer.az xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə yük maşınının relslər üzərində qaldığı və daha sonra “PKP Intercity” tərəfindən idarə olunan Qdinya–Zelona Qura marşrutlu qatarın ona çırpıldığı görünür.
Polşanın dəmir yolu infrastrukturunun operatoru “PKP Polskie Linie Kolejowe” (PLK) bildirib ki, yük maşını keçiddən keçərkən maneələr bağlanıb. Şahidlər sürücüyə maneəni aşaraq dəmir yolu keçidini dərhal tərk etməsi barədə xəbərdarlıq ediblər. Lakin sürücü əvvəlcə geri hərəkət etməyə çalışıb. Daha sonra qarşısındakı maneəni aşmaq istəsə də, yaxınlaşan qatardan yayınmaq üçün artıq gec olub.
Toqquşma nəticəsində qatarın sürücüsü xəstəxanaya aparılıb. Yük maşınının sürücüsünün və qatarda olan təxminən 250 sərnişinin xəsarət almadığı bildirilir.
Qəzadan sonra Prusç Qdanski-Qdansk Pojudnı dəmir yolu xəttində hərəkət dayandırılıb. Qatarlar alternativ marşrutlara yönləndirilib və nəqliyyatın hərəkətindəki fasilə bir neçə saat davam edib. Hərəkət saat 23:00-dan sonra tam bərpa olunub.
Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. PLK sürücülərə xatırladıb ki, nəqliyyat vasitəsi dəmir yolu keçidində bağlı maneələr arasında qaldıqda dərhal maneəni aşaraq keçidi tərk etmək lazımdır.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












